BURADA REKLAMINIZ OLA
BİLƏR

"Həmkarlarıma söylədim ki, səhnədən ayrılmaq istəyirəm"

Xalq artisti Afaq Bəşirqızı səhhətindəki problemdən danışıb. 

 

Pravda.az axşam.az-a istinadla xəbər verir ki, "Elgizlə izlə" verilişinə müsahibə verən aktrisa hazırda müalicə aldığını deyib.

 

O bildirib ki, səhhətindəki problemlərə görə səhnədən getməyi düşünüb:

 

"Bədənimdə saysız-hesabsız əməliyyatlar, xəstəliklər var idi. Bilirəm ki, artıq 18 yaşım yoxdur. Amma ona ümidlə baxdım. Reabilitasiya mərkəzinə gəlməyim son ümidim idi.

 

Bu yaxınlarda tamaşada oynadım. Tamaşadan sonra həmkarlarıma söylədim ki, səhnədən ayrılmaq istəyirəm. Artıq getməyin vaxtıdır, amma ayrıla bilmirəm. Xasiyyətimə bələd insanam. Əgər həqiqətən də səhnədən uzaqlaşsam, özümə qapanacağam. Heç mənim yerimi və məkanımı da bilməyəcəklər.

 

Səhnədə qalmaq istəyirəm. Səhnədə qalmaq üçün isə müalicələrimə başlayacağam".

 

A.Bəşirqızı uzun illərdir ki, xərçəng xəstəliyi ilə mübarizə aparır. 

Tarix: 29 May 2024, 18:21   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin