BURADA REKLAMINIZ OLA
BİLƏR

2 nəfərin öldüyü və 4 nəfərin yaralandığı dəhşətli qəza ilə bağlı hökm çıxarıldı

Lənkəran Ağır Cinayətlər Məhkəməsində yol qəzası törətməkdə və hadisə yerindən qaçmaqda təqsirləndirilən Cavanşir Aslanovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.


Pravda.az-ın etdiyi məlumata görə, sonuncu keçirilən prosesdə hökm oxunub.


Məhkəmənin hökmü ilə o, 5 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdə qeyd olunub ki, təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin.


İttihama görə, hadisə 12 sentyabr 2023-cü il tarixdə, saat 21 radələrində Füzuli rayonu, 5 saylı Qayıdış qəsəbəsinin ərazisində qeydə alınıb.


Belə ki, 2001-ci il təvəllüdlü Cavanşir Aslanov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək maşını yolun sağ kənarındakı ağaca çırpıb. Nəticədə avtomobildə olan sərnişinlər - Şaiq Həsənov və 2000-ci il təvəllüdlü Məmmədov Fizuli Ceyhun oğlu aldıqları xəsarətlərdən hadisə yerində ölüb.


Avtomobildə olan digər sərnişinlər - 2003-cü il təvəllüdlü Məmmədov Abid Elşən oğlu, 2002-ci il təvəllüdlü Zamanov Rəhim Arzuman oğlu, 2002-ci il təvəllüdlü Əhmədov Rövşən Xaləddin oğlu və 2000-ci il təvəllüdlü Quliyev Elnur İlqar oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Füzuli Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.


Hadisədən sonra Cavanşir Aslanov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

Kamal Məmmədov 

Tarix: 30 May 2024, 09:20   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin