BURADA REKLAMINIZ OLA
BİLƏR

Toyda zarafat etdiyi qonşusu “var-yox” söyüşü söydü, bıçağa əl atdı - HÖKM

Lənkəran Ağır Cinayətlər Məhkəməsində həmkəndlisini bıçaqlamaqda təqsirləndirilən İntizar Həsənovun (soyadı şərti) cinayət işi üzrə məhkəmə iclası başa çatıb.


Pravda.az-ın etdiyi məlumata görə, hakim Əli Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.


Məhkəmənin hökmü ilə o, 3 il müddətinə azadlıqdan məhrum edilib.


İttihama görə, hadisə 02 fevral 2024-cü il tarixdə, saat 23:40 radələrində Astara rayonu Çayoba kəndində yerləşən “Ceyran Plaza” şadlıq evinin həyətində qeydə alınıb.


Belə ki, təqsirləndirilən İntizar Həsənov həmin toy şənliyində qonaq olan həmkəndlisi, zərərçəkmiş Şamil Məmmədovla (soyadı şərti) zarafat edib. Bu zaman zərərçəkmiş onu nalayiq sözlərlə təhqir edib, yumruqla vurub. İntizarın dediyinə görə, Şamil ona “var-yox” söyüşü söyüb. Sonra o, mübahisə zamanı zərərçəkmiş sərxoş vəziyyətdə olan İntizar avtomobildən götürdüyü bıçaqla həmkəndlisinin döş qəfəsinin sol nahiyəsindən bir dəfə qəsdən vuraraq ona xəsarət yetirib.


Hadisədən sonra İntizar Həsənov saxlanılaraq barəsində həbs qətimkan tədbiri seçilib.

 

Kamal Məmmədov 




Tarix: 30 May 2024, 09:43   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin