BURADA REKLAMINIZ OLA
BİLƏR

Biçilmiş ot üstündə qardaşını yaba ilə vuran şəxsə cəza verildi

Lənkəran Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Səftər Babayevin (soyadı şərti) cinayət işi üzrə məhkəmə iclası başa çatıb.


Pravda.az-ın etdiyi məlumata görə, hakim Neymət Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.


Məhkəmənin hökmü ilə o, 3 il müddətinə azadlıqdan məhrum edilib.


İttihama görə, hadisə 24 may 2023-cü il tarixdə, saat 13 radələrində Cəlilabad rayonu, Edişə kəndində qeydə alınıb.


Belə ki, Səftər Babayev qardaşı, zərərçəkmiş Şaiq Babayevlə yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsində mübahisə edib. Mübahisəyə səbəb isə təqsirləndirilən qardaşına məxsus biçilmiş otu icazəsiz olaraq yığıb aparması olub. Buna görə Şaiq Səftərə irad tutub. Sonra Səftər yaba ilə qəsdən zərərçəkmiş şəxsin baş və sol bud nahiyəsinə zərbələr vuraraq ona qapalı kəlləbeyin travması, baş beyin silkələnməsi, sağ alın-gicgah nahiyəsində əzilmiş yara ilə nəticələnən bədən xəsarətləri yetirib.


Hadisədən sonra Səftər Babayev saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

 

Kamal Məmmədov 

Tarix: 30 May 2024, 09:25   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin