BURADA REKLAMINIZ OLA
BİLƏR

Məhkəmə tanışını 20 manat borca görə bıçaqlayan şəxsi həbsdə saxladı

Şirvan Apellyasiya Məhkəməsində tanışını bıçaqlamaqda təqsirləndirilən Tural Abdullayevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Pərviz Hacıyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.


Qərara əsasən, şikayət təmin edilməyib.


Xatırlatma: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 4 il müddətinə azadlıqdan məhrum edilib.


İttihama görə, hadisə 18 aprel 2023-cü il tarixdə, saat 14 radələrində Beyləqan şəhəri, Sərdar İmrəliyev küçəsində qeydə alınıb.


Belə ki, təqsirləndirilən Tural Abdullayev tanışı, zərərçəkmiş Rövşən Paşayevə 20 manat pul borcu olub. Bununla əlaqədar o, həmin şəxslə yaşadığı evin qarşısında mübahisə edərək dalaşıb. Dava zamanı zərərçəkmiş şəxs onun yaxasından tutub dartıb, nəticədə hər ikisi yerə yıxılıb. Sonra Tural yıxıldığı yerdən durub yaşadığı evə gedərək mətbəx bıçağını götürüb, Rövşənin yanına qayıdaraq ona xəsarət yetirib.


Hadisədən sonra Tural Abdullayev cinayət məsuliyyətinə cəlb edilib.

Kamal Məmmədov 

Tarix: 30 May 2024, 10:11   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin