BURADA REKLAMINIZ OLA
BİLƏR

Salyanda dəhşətli qəzada günahlandırılan sürücünün cəzası ağırlaşdırıldı

Şirvan Apellyasiya Məhkəməsində Salyanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Araz Məcidovun barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti üzrə məhkəmə iclası başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Elşad Əliyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.


Qərara əsasən, protest təmin edilib, Salyan Rayon Məhkəməsinin çıxardığı 1 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası dəyişdirilib. Belə ki, Araz Məcidova 2 il müddətin nəqliyyat vasitələrinin idarəetmə hüququndan məhrum edilməklə, 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunub.


Qeyd: Hadisə 09 yanvar 2023-cü il tarixdə, saat 06 radələrində Ələt-Astara magistral yolunun Salyan rayonunun Marışlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Masallı rayon sakini, 1986-cı il təvəllüdlü Məcidov Araz Arif oğlunun idarə etdiyi “KamAZ” markalı yük maşını qarşıdakı unla dolu eyni yük maşınının qoşqusuna, sonra beton maneəyə çırpılıb. Qəza nəticəsində sürücü ağır xəsarətlər alıb, yanındakı sərnişin, Masallı rayon sakini, 1986-cı il təvəllüdlü Kiçikbəyov Rahid Elçibəyi oğlu hadisə yerində ölüb.


Daha sonra sürücü Araz Məcidov cinayət məsuliyyətinə cəlb edilib, qarşı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi üzrə ittiham irəli sürülüb.

 

Kamal Məmmədov 

Tarix: 30 May 2024, 10:12   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin