BURADA REKLAMINIZ OLA
BİLƏR

"Tik-Tok"da xanımların fotolarını yayan şəxsi polis saxlayıb

Bakı şəhərində ictimai yerlərdə xanımların fotoşəkillərini çəkib sosial şəbəkələrdə yayan şəxs polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.


DİN-in Mətbuat Xidmətindən Pravda.az-a bildirilib ki, 1995-ci il təvəllüdlü Yusifli Nurlan Teyyub oğlu "Tik-Tok" sosial media platformasında hesabların birində ayrı-ayrı qadınların foto-videolarını yerləşdirməklə kütləvi yayımını təşkil edib.


Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə tutulan N.Yusifli 30 sutka inzibati qaydada həbs edilib.

Tarix: 30 May 2024, 19:48   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin