BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakı və Abşeronda havada tozun miqdarı normadan 2 dəfə çoxdur

Avtomatik stansiyalardan əldə olunan məlumata görə, Bakı və Abşeron yarımadasında havada tozun miqdarı normadan 2 dəfə çoxdur.

 

Pravda.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəsmisi Gülnarə Abbasova bildirib.

 

“Havada müşahidə olunan toz meteoroloji şəraitlə əlaqədar transsərhəd xarakterlidir. 1 iyun tarixində cənub-şərq istiqamətli küləklərin şimal-qərb küləkləri ilə əvəz olunması nəticəsində tozun miqdarının norma həddinə düşəcəyi gözlənilir”, - o deyib.

 

Xidmət rəsmisinin sözlərinə görə, artıq bir neçə gündür ölkə ərazisində müşahidə olunan tozlu hava şəraitinə səbəb Türkmənistan ərazisindən ölkəmizə daxil olan toz dumanıdır.

Tarix: 31 May 2024, 09:09   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin