BURADA REKLAMINIZ OLA
BİLƏR

Rəşad Məcid: "Adamı heyrət bürüyür: sən demə, tülkü hinə giribmiş, boz dana bağ-bostanı viran qoyubmuş..."

"Elə media subyektləri var, sanki bəd, mənfi yüklü xəbərlər istehsal edib tirajlamaq sahəsində “ixtisaslaşıblar”. Neqativ yaymaqdan zövq alan belələri ən adi məişət hadisəsini, ən xırda münaqişəni elə hay-həşirlə təqdim edirlər, elə bil, dünyanın sonudur".

 

Pravda.az-ın xəbərinə görə, bunu Mətbuat Şurasının sədri Rəşad Məcid bildirib.

 

"Bu tendensiyanın vüsət almasında Türkiyənin bir sıra televiziya kanallarının da mənfi təsiri var. Sanballı telekanallarda bəzən elə hadisələri “mühüm” xəbərə çevirib böyük həyəcanla təqdim edirlər, adamı heyrət bürüyür: sən demə, tülkü hinə giribmiş, boz dana bağ-bostanı viran qoyubmuş, nə bilim daha nə... Ən pisi isə odur ki, belə xoşagəlməz nümunələr bizim ciddi saydığımız bəzi media orqanlarının da fəaliyyətinə sirayət edir", - R.Məcid qeyd edib.

Tarix: 3 İyun 2024, 11:43   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin