BURADA REKLAMINIZ OLA
BİLƏR

Müəllimlərin nəzərinə: İyunun 1-dən...

İyunun 1-dən 5-dək Azərbaycanda müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinə elektron sənəd qəbulu keçiriləcək.

 

Pravda.az-ın xəbərinə görə, yerdəyişmə müsabiqəsində dövlət ümumi təhsil müəssisələrində müddətsiz müqavilə əsasında işləyən müəllimlər müraciət edə bilər.

 

Müsabiqədə iştirak etmək istəyən şəxslər miq.edu.az/yerdeyishme linkinə daxil olaraq qeydiyyatdan keçməlidirlər.

 

Müsabiqədə iştirak edən namizədin seçdiyi imtahan nəticəsi artım əmsalı ilə hesablanacaq.

 

1. DQ/MİQ balı x 1.1 artım əmsalı – əri və ya arvadı hərbçi və ya özü şəhid ailəsi üzvü olduqda;

 

2. DQ/MİQ balı x 1,05 artım əmsalı – iş yerini faktiki yaşayış yeri və ya qeydiyyatda olduğu ərazidə yerləşən həvəsləndirmə tədbirləri tətbiq edilən müəssisəyə dəyişdirdikdə;

 

3.DQ/MİQ balı x 1,05 artım əmsalı – iş yerini faktiki yaşayış yeri və ya qeydiyyatda olduğu ərazidə yerləşən həvəsləndirmə tədbirləri tətbiq edilən müəssisəyə dəyişdirdikdə.

Tarix: 29 May 2020, 12:41   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin