BURADA REKLAMINIZ OLA
BİLƏR

Tibb vasitələrinin risk dərəcələri üzrə meyarlar, siniflər və qruplar müəyyənləşdi

Tibb vasitələrinin risk dərəcələri üzrə meyarlar, siniflər və qruplar müəyyənləşib.

 

Tibb vasitələrinin risk dərəcəsindən asılı olaraq təsnifatı onların siniflərə bölünməsi əsasında funksional təyinat və tətbiq şərtləri nəzərə alınmaqla aşağıdakı meyarlara uyğun olaraq həyata keçirilir:

 

- tibb vasitəsindən istifadənin davametmə müddəti;

 

- pasiyentin sağlamlığına zərərin dəyməsi ehtimalı və həmin zərərin ağırlıq dərəcəsi;

 

- tibb vasitəsinin invaziv olub-olmadığı;

 

- tibb vasitəsinin steril olub-olmadığı;

 

- tibb vasitəsinin insan orqanizminin toxuma və orqanları ilə təmasının və ya qarşılıqlı təsirinin olub-olmadığı;

 

- tibb vasitəsinin insan orqanizminə tətbiq üsulu/yeridilmə yolu (anatomik dəliklər, dəri və ya selikli qişalar, yaxud cərrahi müdaxilə);

 

- tibb vasitəsinin həyati vacib orqanların (o cümlədən ürək, qan dövranı, mərkəzi sinir sistemi ) fəaliyyəti ilə bağlı tətbiq edilib-edilmədiyi;

 

- enerji mənbələrindən istifadə edilib-edilmədiyi.

 

Hər bir tibb vasitəsi yalnız bir risk dərəcəsinə aid edilir.

 

Report

Tarix: 4 İyun 2024, 11:55   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin