BURADA REKLAMINIZ OLA
BİLƏR

Audiovizual Şuradan "Alatava" ilə bağlı açıqlama: Yayımını dayandıra bilərik, amma...

Ölkə üzrə ümumi janrlı yayımçıların proqramındakı maarifləndirici verilişlərin miqdarı arzuolunan qeder deyil.

 

Bunu Audiovizual Şuranın aparat rəhbəri Fazil Novruzov "Audiovizual media: Normalar, reallıqlar və çağırışlar" mövzusunda onlayn media subyektləri ilə keçirilən dəyirmi masada çıxışı zamanı deyib.

 

O bildirib ki, ümumi janrlı kanalların proqramında maarifləndirici verilişlərin həcmi 10-12 faizdir. Bu rəqəm bizim üçün heç də arzuolunan deyil. Lakin biz yayımçıların seçiminə müdaxilə edə bilmərik:

 

"Bu yaxınlarda İctimai TV-də yayımlanan "Alatava" serialındakı müəyyən məqamlar ilə bağlı biz yayımçıya tövsiyələr verdik. Bu kanal ictimai yayımçı olduğu üçün biz onun yayımını dayandıra bilərik. Lakin tövsiyələr vermişik".

 

APA

Tarix: 4 İyun 2024, 12:38   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin