BURADA REKLAMINIZ OLA
BİLƏR

MEDİA-dan kiberdələduzluqla bağlı ÇAĞIRIŞ

Son günlər elektron informasiya resurslarında auditoriyanı çaşdırmaq məqsədilə yaradılmış hiperlinklər vasitəsilə yalan məlumatların tirajlanması halları müşahidə olunmaqdadır.

 

Bu, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) açıqlamasında bildirilib.

 

Belə ki, Azərbaycan Respublikasının Prezidentinin adından istifadə olunmaqla hazırlanan saxta müraciətdə istifadəçilərə maddi yardım vəd edilir və elektron hesab yaradaraq qeydiyyatdan keçməklə bu yardımdan faydalanmaq təklif edilir.

 

Bildiririk ki, qeyd olunan müraciət bütün dünyada yeni təhdid növü kimi qiymətləndirilən kiberdələduzluq nümunəsidir.

 

Azərbaycan vətəndaşlarını, o cümlədən media nümayəndələrini və ictimai fəalları bu kimi hallarla bağlı hər zaman prinsipiallıq nümayiş etdirməyə, saxta və yalan məlumatlara söykənən kampaniyalara qarşı sayıq olmağa çağırırıq.

Tarix: 4 İyun 2024, 14:32   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin