BURADA REKLAMINIZ OLA
BİLƏR

Mərkəzi Bank “AFB Bank”a icrası məcburi sərəncam verdi

Azərbaycan Mərkəzi Bankı (AMB) “AFB Bank” ASC-yə daxili prosedurlarının təkmilləşdirilməsi ilə bağlı icrası məcburi sərəncam verib.

 

Bu barədə AMB məlumat yayıb.

 

İnzibatçı təyinatı ilə bağlı qərarın qəbul edildiyi tarixdən 5 iş günü müddətində Mərkəzi Banka yazılı bildiriş göndərilməsi ilə bağlı “Banklar haqqında” qanunun 15.2-ci maddəsi ilə müəyyən edilmiş tələbə “AFB Bank” ASC tərəfindən vaxtında riayət edilməməsi ilə əlaqədar olaraq banka daxili prosedurlarının təkmilləşdirilməsi ilə bağlı icrası məcburi göstəriş verilib.

Tarix: 4 İyun 2024, 14:36   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin