BURADA REKLAMINIZ OLA
BİLƏR

Bu tarixlərdə ardıcıl 5 gün iş olmayacaq

İyun ayında Milli Qurtuluş Günü və Qurban bayramı ardıcıl olacaq.
 

15 iyun – Qurtuluş günü, 16 və 17 iyun isə Qurban bayramı qeyd olunacaq.


Əmək Məcəlləsinə əsasən, istirahət günləri və iş günü hesab olunmayan bayram günləri üst-üstə düşərsə, həmin istirahət günü bayram günündən sonrakı iş gününə keçirilir. 15-16 iyun tarixləri şənbə və bazar olduğu və bayram günlərinə düşdüyü üçün 18 və 19 iyun tarixləri də qeyri-iş günləri olacaq.


Yəni 15, 16, 17, 18 və 19 iyun – ardıcıl 5 gün qeyri-iş günləridir.

Tarix: 5 İyun 2024, 11:51   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin