BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda dayanacaqlarda maskadan istifadə məcburi oldu

Azərbaycanın Baş Naziri Əli Əsədov xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbləri barədə qərar imzalayıb.

Bu barədə Pravda.az-a Nazirlər Kabinetindən məlumat verilib. 

Qərara əsasən, ictimai nəqliyyat dayanacaqlarında, bilet kassalarının, bankomatların (ATM) və ödəniş terminallarının, ticarət, iş və xidmət obyektlərinin qarşısında növbədə qoruyucu tibbi maskaların taxılması məcburidir.

Tarix: 29 May 2020, 16:19   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin