BURADA REKLAMINIZ OLA
BİLƏR

Flora Kərimova Afətdən sonra Ülviyyəni də məhkəmədə uddu

Apellyasiya Məhkəməsində Xalq artisti Flora Kərimovanın jurnalist Ülviyyə Alovlu barəsində şikayətinə baxılıb.

 

Bu barədə müğənni özü məlumat yayıb.

 

"Apellyasiya Məhkəməsi Ülviyyə Alovlunun "Floranı udmuşam" qısa təntənəsini təkrar haqlı zəfərimlə sonlandırdı. Bilgi, təmkin, alicənablıq insanın naxışıdır. Haqqın vicdanlı keşikçisi olmaq hünərdir. Tanrının bəxşişi olan bu insani simaların sahibi olmaq isə şərəfdir. Apellasiyanın ədalətli hakimlərinə çox sağ olum var".

 

F.Kərimovanın təhqir və böhtanlardan şikayətinə əsasən, Ü.Alovlu qarşı xüsusi ittiham qaydasında Cinayət Məcəlləsinin 147 və 148 maddələri ilə cinayət işi başlanılmışdı.

 

Ü.Alovlu bir müddət əvvəl "Flora Kərimova məni verdiyi Apellyasiya Məhkəməsində də növbəti dəfə uduzdu" paylaşımını etmişdi.

 

Qeyd edək ki, Xalq artisti Flora Kərimovanın müğənni Afət Fərmanqızını da məhkəmədə udmuşdu.

Tarix: 5 İyun 2024, 17:14   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin