BURADA REKLAMINIZ OLA
BİLƏR

"Unikal" 14 yaşını qeyd edir

Bu gün "Unikal" qəzeti və "Unikal.az" xəbər portalının fəaliyyətə başlamasının 14 ili tamam olur.

 

İlk dəfə oxucularla görüşə 2010-cu il iyunun 6-da gələn "Unikal" qəzeti Medianın İnkişafı Agentliyindən (MEDİA) maliyyələşir və layihə icra edir.

 

Unikal.az xəbər portalı uzun illərdir aktiv xəbər yayımını həyata keçirir və fəaliyyətə başladığı gündən oxucuların qarşısına ölkədə və dünyada baş verən dəqiq, operativ xəbərlərlə çıxır.

 

Qeyd edək ki, hazırda qəzetin və saytın oxucuları müxtəlif sosial qrupları təmsil edən auditoriyadan ibarətdir. Sayt Azərbaycanda fəaliyyət göstərən ictimai-siyasi təşkilatlar, sosial qruplar, dövlət qurumları ilə əməkdaşlıq edir.

Tarix: 6 İyun 2024, 09:57   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin