BURADA REKLAMINIZ OLA
BİLƏR

Leysan yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

Azərbaycanın rayonlarında iyunun 7-si günün ikinci yarısından 9-u axşamadək əsasən dağlıq və dağətəyi rayonlarda fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir.


Milli Hidrometeorologiya Xidmətindən Pravda.az-a verilən məlumata görə, ayrı-ayrı yerlərdə (Daşkəsən-Gədəbəy, Şərqi Zəngəzur, Qarabağ, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Naxçıvan MR) yağıntıların leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var.


Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.

Tarix: 6 İyun 2024, 13:01   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin