BURADA REKLAMINIZ OLA
BİLƏR

Qərbi Azərbaycan Televiziyasının sektor rəhbəri Naftalanda - Onu icra başçısı qəbul edib - FOTOLAR

Qərbi Azərbaycan Televiziyasının multimedia sektorunun rəhbəri yazıçı-publisist Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü Miraslan Bəkirli Naftalanda ezamiyyədə olub. 

 

Pravda.az xəbər verir ki. ŞİH başçısı Vüqar Novruzov qonağı qəbul edib, görüşdə icra başçısı şəhərin turizm potensialından, o cümlədən burada vətən həsrəti ilə yaşayan Qərbi Azərbaycanlılardan söhbət açıb.

 

Bildirib ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə bugün həmvətənlərimiz Qarabağa qayıdır, tezliklə Qərbi Azərbaycanlılarda  öz dədə baba torpaqlarına qayıdacaqlar. Həmçinin, televiziyanın fəaliyyətinin Qərbi Azərbaycanın zəngin irsinin, tarixinin, mədəniyyətinin təbliği baxımından mühüm əhəmiyyət daşıdığı vurğulanıb.


Qeyd edək ki, burada yaşayan və deportasiyaya məruz qalmış ailələr ilə görüş olub, milli mətbəx nümunələri nümayiş olunub, həmçinin, Qərbi Azərbaycandan olan ailələr doğma ata baba yurdlarından xatirələrini bölüşüblər.

Fotoları təqdim edirik
Tarix: 7 İyun 2024, 15:13   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin