BURADA REKLAMINIZ OLA
BİLƏR

Qurban Məmmədovun oğlunun şirkəti üzə çıxdı - FOTO

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun qardaşı, mühacirətdə olan siyasi fəal Qurban Məmmədovun oğlunun şirkəti üzə çıxıb.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli məlumat yayıb.

 

C.Həsənli bildirib ki, Londonda mühacirətdə olan Qurban Məmmədovun oğlu Qoşqar Məmmədov bu ayın 4-də İngiltərədə AZERFREEDOM MEDIA COMPANY LTD şirkətini qeydiyyatdan keçirib: “Reqistrasiya məlumatlarında göstərilib ki, 2-20 Lambert Street, Sheffield, England, S3 7AA ünvanında hüquqi qeydiyyata alınmış şirkət media sahəsində fəaliyyət göstərəcək. Baş direktoru 1982-ci il təvəllüdlü Qoşqar Məmmədovdur. Sənədlərdən məlum olur ki, Qurban Məmmədovun oğlu artıq İngiltərə vətəndaşlığını qəbul edib. Qoşqar Məmmədov bundan əvvəl, 2011-ci ildə Londonda BYTE IT LTD şirkətini açsa da, 2016-cı ildə şirkəti ləğv etmişdi”.

Fotoları təqdim edirik
Tarix: 29 May 2020, 20:30   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin