BURADA REKLAMINIZ OLA
BİLƏR

Əli Kərimlinin mühafizəçisi həbs edildi - FOTO

Bu gün Bakının Qaradağ rayon məhkəməsi Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Ruslan Əmirovu 15 günlük inzibati həbs cəzasına məhkum edib. O, İnzibati Xətalar Məcəlləsinin 510.1-ci (kiçik xuliqanlıq) maddəsi ilə təqsirli bilinib.

 

AXCP-də Əmirovun AXCP lideri Əli Kərimlinin cangüdəni olaraq qaldığına görə saxta, siyasi motivli ittihamla həbs edildiyindən əmindirlər.

 

Əmirov apreldə karantin rejimini pozmaq ittihamı ilə 30 gün müddətinə həbs edilmişdi.

 

AXCP-nin sədr müavini Seymur Həzi bildirib ki, hazırda Kərimlinin üç cangüdəni və bir köçəkçisi həbsdədir. Karantinin başlanğıcından etibarən 20-dən çox AXCP fəalı inzibati qaydada həbs edilib, daha 3 nəfər cinayət məsuliyyətinə cəlb edilib.Turan

Fotoları təqdim edirik
Tarix: 29 May 2020, 21:41   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin