BURADA REKLAMINIZ OLA
BİLƏR

Elçin Bayramlı: "Bu, Firdovsi Əliyevi kənardan çəkib, gördüyü işi möcuzə, şou kimi qələmə verənlərin problemidir" - VİDEO

“Samuxun icra baçısı Firdovsi Əliyevin fəhlələrə yardım etməsi ilə bağlı görüntülərə reaksiyalar növbəti dəfə gostərir ki, bizim cəmiyyətdə düşüncə, fikir olaraq çox ciddi problem, hər şeyə ziddiyyətli, qeyri-adekvat münasibət var. Həmişə deyirlər ki, xarici ölkələrdə məmurlar çox sadədir, adi işçilərdən seçilmir, belə geyinirlər, bizimkilər isə qalstuk taxıb, bahalı obyektlərdə gəzirlər. Belə fakt olanda da başlayırlar lağa qoyub, tənqid etməyə. Halbuki hər bir faktın, hadisənin mahiyyətinə baxmaq lazımdır ki, nəyi təbliğ edir”. 

 

Bu sözləri Pravda.az-a açıqlamasında sosioloq Elçin Bayramlı deyib. 

 

“Ola bilsin, icra başçısının görüntüləri tam doğru məqsədlə olmasın, əsas budur ki, insanların öyrəşdiyi obraz dəyişir. Məmur artıq işçilərin arasındadır, fəhlələrə də kömək edir, özünü onlardan ayırmır. Bunu istər “reklam”, istər “şou adlandırsınlar. Nümunəvi davranış, isanların beynində, təfəkküründə stereotipləri dağıdan hərəkətdir. Belə addımlar çox olsa, cəmiyyət üçün daha faydalı olar. Təbii ki, insanlar da bunu normal qəbul edəcəklər. Firdovsi Əliyevin bu hərəkətdən hər hansı qazancı yoxdur. Yəni bunu etməyə də bilərdi. Heç nə dəyişməzdi. Sadəcə sadəlik daha üstündür. Hətta bunu kimlərsə kənardan çəkib yayırsa belə, icra başçısına aidiyyəti yoxdur. Bu, Firdovsi Əliyevi kənardan çəkib, gördüyü işi möcuzə, şou kimi qələmə verənlərin problemidir. Bizim cəmiyyət bu kimi halları adi, normal qəbul etməlidir. Nə təəcüblənməlidir, nə də reklam saymaldır. Bütün yaxşı xarakterli əməllər kim tərəfindən harada, necə edilmiş olursa, olsun, təqdirəlayiqdir. Çünki motiv olaraq fəhlələrə kömək etməkdə pis heç nə yoxdur. Sırf bu hadisə cəmiyyətə mənfi heç nə vermir. Firdovsi Əliyevin və ya hansısa digər məmurun işində başqa nöqsanlar, korrupsiya elementləri olarsa, bu, məsələnin başqa tərəfidir və müzakirə etmək, tənqid etmək olar. Fəhlələrə kömək etməkdə isə mənfi heç nə yoxdur, əksinə, müsbət addımdır”, - sosioloq bildirib. 

 

Aytəkin Qardaşova 

 

Tarix: 10 İyun 2024, 14:00   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin