BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda karantin rejimi yenidən uzadıldı - VİDEO

Azərbaycanda karantin rejimi iyunun 15-dək uzadılıb. Lakin mayın 31-dən etibarən karantin qaydalarında yeni yumşalmalar icra ediləcək.

 

Pravda.az-ın xəbərinə görə, bölgələrə gediş-gəliş, toy və yas mərasimlərinə olan qadağalar isə hələ də qalmaqda davam edəcək.

 

Nazirlər Kabinetinin mətbuat xidmətinin rəbəri İbrahim Məmmədov bildirib ki, əgər hansısa ərazidə xəstəliyin çoxalması müşahidə edilərsə həmin yer bütün hərəkətə qapadıla bilər.

 

Bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında qeyd edilib ki, bir sıra qaydalar isə sərtləşdiriləcək. Bu əsasən maskadan istifadə ilə bağlıdır.

 

TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı isə vətəndaşları səhhətlərində hər hansı simptom müşahidə etdikdə dərhal həkimə müraciət etməyi tövsiyə edib. Əks halda başqa cəhdlər vətəndaşların səhhətinin pisləşməsinə səbəb ola bilər.

 

Ramin Bayramlı heç bir simptom müşahidə edilməyən xəstələrin evdə müalicəsi ilə bağlı sənəd hazırlandığını da bildirib.

 

O, yoluxmaların sayı artdığı üçün toy mərasimlərinin keçirilməsinin hələ gündəmdə olmadığını da bildirib.

 

Tarix: 30 May 2020, 07:20   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin