BURADA REKLAMINIZ OLA
BİLƏR

Əkrəm Həsənov: "Onlar canı üçün qorxmursa, deməli, təhlükə də yoxdur"

"Karantin rejiminin zəifləməsi yoluxanların sayının artması fonunda baş verir. Yəni tərs mütənasiblik var! Məntiq yoxdur".


Pravda.az-ın xəbərinə görə, bunu hüquqşünas Əkrəm Həsənov deyib.


Ə.Həsənov bunun səbəbini də açıqlayıb: Əhalinin əksəriyyəti təhlükənin reallığını ciddi qəbul etmir və rejimə riayət etmir. Bunun isə əsas səbəbi telekanallardır. Karantinin ilk günlərindən bildirmişəm ki, telekanallar siyasətlərini dəyişməli idi. Yeni verilişlərin çəkilişi (xüsusilə qonaqların dəvət edilməsi ilə) minimuma endirilməli idi. Üstünlük filmlərə və teletamaşalara verilməli idi. Amma belə olmadı. Əhali gördü ki, ən çox inandığı yerdə - TV-də əvvəlki kimi çal-çağır və dambadurumdur. Çoxları üçün elita televiziyaya çıxanlardır. Əhali düşündü ki, "onlar canı üçün qorxmursa, deməli, təhlükə də yoxdur"...

Tarix: 30 May 2020, 08:36   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin