BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda “Taxta bazarı” yandı - FOTO

Bakı şəhərinin Nərimanov rayonunda “Taxta bazarı”nda yanğın baş verib.

 

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat midmətindən Pravda.az-a verilən məlumata görə, hadisə Dərnəgül yolunun Əhməd Rəcəbli küçəsi ilə Ziya Bünyadov küçəsinin kəsişməsində qeydə alınıb.

 

Hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb edilib.

 

Bakı şəhərinin Nərimanov rayonunda, taxta bazarının ərazisində ümumi sahəsi 280 m² olan dəmir konstruksiyalardan ibarət talvarın altına yığılan taxta materiallar 75 m² sahədə və ümumi sahəsi 5 m² olan taxtadan ibarət gözətçi köşkü yanıb.

 

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, taxta materialların qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Fotoları təqdim edirik
Tarix: 30 May 2020, 09:34   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin