BURADA REKLAMINIZ OLA
BİLƏR

“Azər-Türk Bank” və "AzInTelekom” arasında çəkişmə: Məhkəmənin vaxtı açıqlandı

“Azər-Türk Bank” ASC-nin Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “Azerbaijan İnternational Telecom (AzInTelekom)” MMC barəsində iddiası üzrə məhkəmə iclasının tarixi açıqlanıb.

 

Pravda.az-ın xəbərinə görə, proses Bakı Kommersiya Məhkəməsinin hakimi Kənan Hüseynovun sədrliyi ilə iyulun 5-də keçiriləcək.

 

İşin mahiyyəti müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələrdir.

 

Xatırlatma: “AzInTelecom”un məsələ ilə bağlı yaydığı məlumatda qeyd olunur ki, “Azər-Türk Bank” ASC-nin məhkəmə iddiası ləğv edilmiş Məlumat Hesablama Mərkəzi (MHM) ilə bank arasında 2020-ci ildə imzalanmış müqavilə üzrədir.

 

"2021-ci ildə ləğv edilmiş Məlumat Hesablama Mərkəzinin hüquqi varisi “AzInTelecom” MMC-dir. Məsələyə hüquqi müstəvidə baxılır", - məlumatda bildirilib. 

 

Xəyal Quliyev

Tarix: 12 İyun 2024, 08:07   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin