BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda oğlunu öldürən ata yenidən məhkəmə qarşısında

Bakıda oğlunu qəsdən öldürməkdə təqsirləndirilən Ramiz İsrafilovun barəsindəki hökmdən apellyasiya şikayəti verilib.


Pravda.az-ın əldə etdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək ilkin hazırlıq iclası iyunun 13-nə təyin edilib.


Şikayət hakim Həsən Əhmədovun sədrliyi ilə araşdırılacaq.


Xatırlatma: Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ramiz İsrafilov 9 il müddətinə azadlıqdan məhrum edilib.
 

Qeyd edək ki, hadisə 2023-cü ilin aprelində Yasamal rayonu ərazisində qeydə alınıb.
 

Belə ki, 1956-cı il təvəllüdlü Ramiz İsrafilov aralarında yaranmış mübahisə zamanı oğlu - 1990-cı il təvəllüdlü Kamran İsrafilovu bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Ramiz İsrafilov hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.


Ona Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

 

Kamal Məmmədov 

Tarix: 12 İyun 2024, 10:55   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin