BURADA REKLAMINIZ OLA
BİLƏR

“Azərişıq”dan ŞİKAYƏT

Paytaxt Bakının və regionların fasiləsiz elektrik enerjisi ilə təminatı məqsədilə dövlət büdcəsindən kifayət qədər böyük maliyyə vəsaitinin ayrılmasına baxmayaraq bu sahədə problemlər qalmaqdadır.

 

Şikayət edən bir qrup Göyçay və Ağdaş sakininin sözlərinə görə, elektrik enerjisinin verilməsində böyük fasilələrin yaranması onlara ciddi problemlər yaradır.

 

"Göyçay - Ağdaş rayonları arasında yerləşən kəndlərdə elektrik fasilələrlə verilir. "Xosrov” xətti üzərindəki bütün kəndlər aylardır, işıq üzünə həsrətdir. Elektrik enerjisinin fasilələrlə verilməsi təsərrüfatlara da böyük ziyan vurur. Müvafiq orqanlardan problemin tezliklə aradan qaldırılması üçün hərəkətə keçmələrini xahiş edirik”.Sfera

 

 

Tarix: 30 May 2020, 12:30   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin