BURADA REKLAMINIZ OLA
BİLƏR

Pula görə həmkəndlisini bıçaqlayan şəxs təcridxanada intihar edib - MƏHKƏMƏ

Lənkəran Ağır Cinayətlər Məhkəməsinə qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Mahir Dadaşovun (şərti) cinayət işi üzrə məhkəmə ifadəsi məlum olub.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Xamməd Nuriyevin ilə keçirilən prosesdə elan edilib ki, təqsirləndirilən şəxs 01 may 2024-cü il tarixdə saat 13:30 radələrində saxlanıldığı Bakı İstintaq Təcridxanasında özünü asaraq intihar edib. 

 

Bu barədə Bakı İstintaq Təcridxanası tərəfindən Lənkəran Ağır Cinayətlər Məhkəməsinə 02 may 2024-cü il tarixdə xüsusi məlumat verilib. Lakin 06 iyun 2024-cü il tarixədək olan müddətdə mərhum Mahir Dadaşovun yaxın qohumlarından hər hansı onun hüquqi varisi qismində tanınması barədə istəyini bildirməyib. 

 

Hökmə əsasən, təqsirləndirilən şəxs öldüyündən onun cinayət işi üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilib. Mahir Dadaşov barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib. 

 

İttihama görə, hadisə 18 dekabr 2023-cü il tarixdə Salyan rayonu Xocalı kəndində qeydə alınıb.

 

Belə ki, olaydan əvvəl Mahir Dadaşov Bakı şəhərində satmaq üçün 100 manat dəyərində müxtəlif əşyalar tanışı Günay Həsənovaya (şərti) verib. Sonradan qadın həmin əşyalar üçün ona 20 manat versə də, qalan 80 manat pulu verməyib. O, Günayın dayısı, zərərçəkmiş Zəfər Məmmədova (şərti) zəng vuraraq təhqiramiz formada ondan nə üçün bacısı qızının ona olan borcunu qaytamamasının səbəbini soruşub. Bu zaman onların arasında mübahisə yaranıb və qarşılıqlı şəkildə bir-birlərini təhqir ediblər.

 

Hadisə günü Mahir məsələyə sonradan aydınlıq gətirmək qərarına gəlib, bank kartını almaq məqsədi ilə Bakı şəhərindən Salyan rayonuna yollanıb. O, sonra yaşadığı Salyan rayonu Xocalı kəndinə gedib, anası evində olan zərərçəkmiş Zəfər Məmmədovu öz evinin yaxınlığına görüşə çağırıb. Mahir orada onunla mübahisə edərək dalaşıb və nəticədə üzərindəki bıçaqla zərərçəkmiş şəxsin döş qəfəsinə qəsdən bir zərbə endirərək ona xəsarət yetirib.

 

Hadisədən sonra Mahir Dadaşov saxlanılıb və cinayət məsuliyyətinə cəlb edilib. 

 

Kamal Məmmədov

 

Tarix: 14 İyun 2024, 09:13   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin