BURADA REKLAMINIZ OLA
BİLƏR

İstanbulun 15 İyul Şəhidləri Körpüsündə avtomobili ilə aksiya keçirən şəxs təslim olub, hərəkət bərpa olunub - YENİLƏNDİ

 

İstanbul Valiliyi məşhur 15 İyul Şəhidləri Körpüsü bağlanmasının səbəbini açıqlayıb.

 

Buna səbəb bir şəxsin avtomobili ilə fərdi aksiya keçirmək cəhdi olub.

 

Daxili işlər naziri Əli Yerlikaya isə nəqliyyat vasitəsinin sürücüsü R. C. Ç. adlı şəxsin 1,5 ildir bipolyar pozuntusundan müalicə aldığını bildirib.

 

Əlavə olunub ki, həmin şəxslə danışıq aparılıb və o polisə təslim olub.

 

***

 

00:17

 

İstanbulun məşhur 15 İyul Şəhidləri Körpüsü hər iki istiqamətdə nəqliyyatın hərəkətinə bağlanılıb.

 

Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

 

Bildirilib ki, körpüdə şübhəli maşın var və hərəkət bu səbəbdən dayandırılıb

 

Hadisə yerinə çoxlu sayda polis göndərilib./APA

Tarix: 15 İyun 2024, 01:23   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin