BURADA REKLAMINIZ OLA
BİLƏR

İyulun 5-dən 12-dək... - QƏRAR

Avstriya hökuməti iyul ayında "Formula 1"-in mövsüm açılış yarışlarına ev sahibliyini təsdiqləyib.

 

Pravda.az-ın xəbərinə görə, yarışlar 5-12 iyul tarixində Spielberqdəki "Red Bull" halqasında bağlı qapılar arxasında tamaşaçısız keçiriləcək.

 

Qeyd edək ki, 2020-ci il "Formula1" mövsümü mart ayında Avstraliyada başlamalı idi, ancaq koronavirus pandemiyası bu yarışın təxirə salınmasına səbəb olub.

 

Avstriya yarışları uğurla keçərsə, F1 mövsümü 19 iyulda Macarıstanın Budapeşt şəhərində davam edə bilər.APA

Tarix: 30 May 2020, 19:24   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin