BURADA REKLAMINIZ OLA
BİLƏR

Dəhşətli hadisə: Dondurmanın içindən insan barmağı çıxdı - FOTO

Hindistanda kişi dondurmanın içində insan barmağı aşkar edib. Pravda.az oxu.az-a istinadən bildirir ki, Mumbay şəhərinin (Hindistan) Malad rayonunun sakini onlayn dondurma sifariş etmək qərarına gəlib. Sifarişini alıb deserti dadmağa başlayanda o, əsl şok yaşayıb. Kişi dondurmanın içərisində insan barmağı görüb.

 

Qeyri-adi tapıntı ilə alıcı polisə müraciət edib. Dondurma istehsalçısına qarşı iş açılıb. Polis dondurma qabını və insan orqanını məhkəmə-tibb ekspertizasına göndərib.

 

"İnsan barmağının ölçüsü təxminən 1,5 santimetrdir", - deyə kişi bildirib.

 

Tarix: 16 İyun 2024, 06:17   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin