BURADA REKLAMINIZ OLA
BİLƏR

SON DƏQİQƏ! Hərbi hissələrdə valideynlərlə görüş qadağan edildi - SƏBƏB

"Vətəndaşlardan daxil olan sorğuları nəzərə alaraq bildiririk ki, şəxsi heyətin təhlükəsizliyini təmin etmək və hərbi qulluqçuların yoluxucu xəstəliklərə yoluxmasının qarşısının alınması məqsədilə hərbi hissələrdə Qurban bayramı mərasimləri qapalı şəkildə keçirilir".

 

Pravda.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

 

Şəxsi heyətin sağlamlığını qorumaq məqsədilə valideynlər, ictimaiyyət və media nümayəndələrinin bayram tədbirlərində iştirakı məhdudlaşdırılıb, valideynlərlə görüşlər qadağan edilib.

 

"Qeyd olunanları nəzərə alaraq vətəndaşlardan bu qərarı anlayışla qarşılamağı və hərbi hissələrə gəlməməyi xahiş edirik", - məlumatda deyilir.

Tarix: 16 İyun 2024, 15:46   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin