BURADA REKLAMINIZ OLA
BİLƏR

ABŞ-da vəziyyət nəzarətdən çıxdı – SON DƏQİQƏ

ABŞ-da qaradərili Corc Floydun polis tərəfindən öldürülməsi ilə bağlı etiraz aksiyaları şiddətlənib.

 

Pravda.az-ın xəbərinə görə, yüz minlərlə insanın küçələrdə polislə qarşıdurma yaşadığı ölkədə şəhərlər yerlə yeksan edilir. Polis maşınları yandırılır.

 

Oakland şəhərində etirazçılar polisə atəş açıb. Xeyli sayda asayiş keşikçisi ölüb, yaralılar var.

 

Xüsusi xidmət orqanı əməkdaşları Ağ Evə daxil olmaq istəyən şəxsləri zərərsizləşdiriblər.

 

Bu arada, etirazçılar CNN-in qarşısında toplaşıb. Buna səbəb isə ötən gün telekanalın çəkiliş qrupunun həbs edilməsidir.

 

Qeyd edək ki, ABŞ Müdafiə Nazirliyi Minneapolis şəhərindəki aksiyalara müdaxilə etmək üçün orduya “hazır olmaq” əmri verib.

 

Ehtiyac olarsa Şimali Karolinadakı "Ford Braqq", Nyu-Yorkdakı "Ford Drum" hərbi birlikləri 4 saat ərzində Minneapolisa yerləşməlidir.Redaktor.az

Fotoları təqdim edirik
Tarix: 30 May 2020, 23:18   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin