BURADA REKLAMINIZ OLA
BİLƏR

Faktiki hava

İyunun 17-si saat 10:00-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi, əksər rayonlarda hava şəraiti sabit, əsasən yağmursuz keçib, lakin axşam və gecə bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxıb, arabir yağış yağıb.

 

Bu barədə ETSN-in Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

 

Düşən yağıntının miqdarı Gədəbəydə 3 mm, Şəkidə 1 mm-dək olub.

 

İyunun 16-da şərq küləyi Culfada arabir 19 m/s-dək güclənib.

 

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 34, Naxçıvan MR-da və Aran rayonlarında 37, dağlıq rayonlarda 28 dərəcəyədək isti olub.

Tarix: 17 İyun 2024, 11:40   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin