BURADA REKLAMINIZ OLA
BİLƏR

Sabah Bakının iki rayonunda... - DİQQƏT

Gecə saatlarından başlayaraq sabah gün ərzində Bakının iki rayonunda su kəsiləcək.

 

Bu barədə Pravda.az-a "Azərsu" ASC-dən bildirilib.

 

Məlumata görə, yeni parkın tikintisi layihəsi çərçivəsində ərazidən keçən magistral su xəttinin köçürülməsi və yenidən qurulması işləri ilə əlaqədar iyunun 18-də gecə saatlarından başlayaraq gün ərzində Nərimanov və Nəsimi rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

 

Qurum bununla əlaqədar abonentlərdən üzr istəyir.

Tarix: 17 İyun 2024, 16:22   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin