BURADA REKLAMINIZ OLA
BİLƏR

Fransa Ermənistana CAESAR haubitsaları verəcək

"Ermənistanla müdafiə sahəsində əlaqələrimizi gücləndirməyə davam edirik".

 

Bunu Fransanın müdafiə naziri Sebastien Lekornu "X" hesabında bildirib.

 

O qeyd edib ki, "Eurosatory" müdafiə və təhlükəsizlik sahəsi ilə bağlı beynəlxalq sərgi çərçivəsində ermənistanlı həmkarı Suren Papikyanla görüşüb. Fransalı nazir bu görüşü səmərli və məhsuldar adlandırıb.

 

"CAESAR haubitsalarının alınması üçün müqavilənin imzalanması ilə yeni mühüm mərhələyə qədəm qoyduq", - Lekornu əlavə edib.

 

APA

Tarix: 18 İyun 2024, 11:39   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin