BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: "İsveçrədə Ukraynanı dəstəkləyən ölkələrin arasında Azərbaycanın olmamasına görə məntiqsiz fikirlər ifadə edənləri başa düşmürəm"

“İsveçrədə keçirilən sammitdə Ukraynanı dəstəkləyən ölkələrin arasında Azərbaycanın olmamasına görə məntiqsiz fikirlər ifadə edənləri başa düşmürəm. Bu o demək deyil ki, müharibəni dəstəkləyirik. Azərbaycan uzun illər müharibə şəraitində yaşayıb və heç bir xalqa müharibə və torpaqlarının işğalını arzulamır. Biz Ukraynanın ərazi bütövlüyünü də açıq şəkildə dəstəkləyirik və müharibədən əziyyət çəkənlərə humanitar yardımlar göndərmişik. Amma o demək deyil ki, Ukrayna müharibəsinə görə biz Rusiya ilə əlaqələrimizi kəsməliyik”. 

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib. 

 

“Rusiya bizim yaxın qonşumuzdur və ölkələrarası əlaqələr gündən-günə möhkəmlənir. Bu gün İsveçrəyə getmədiyinə görə “Azərbaycanın Rusiyanın federal dairəsi” olduğunu deyənlər bilsinlər ki, Azərbaycan müstəqil ölkədir və müstəqil siyasət yürüdür. Buna görə də Azərbaycan hərbi bloklara qoşulmur və Qoşulmama Hərəkatına üzvdür. Ölkəmiz heç kimin dediyi ilə oturub-durmur. Biz bütün tərəflərlə qarşılıqlı fayda və milli maraqlarımıza uyğun münasibətləri davam etdiririk. Bu baxımdan, harda olmaq lazımdırsa, orda da oluruq. Harada biz özümüzü görmürüksə, orda da iştirak etmirik. Bu, dövlətimizin müstəqil siyasət yürütdüyünün göstəricisidir”, - deputat bildirib. 

 

Aytəkin Qardaşova 

Tarix: 18 İyun 2024, 11:42   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin