BURADA REKLAMINIZ OLA
BİLƏR

Ödənişli yolda ağır qəza: Xəsarət alanlar var - AÇIQLAMA

Bakı-Quba-Rusiya ilə dövlət sərhədi ödənişli yolunun Şabrandan keçən hissəsində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

"Toyota" markalı minik avtomobili ödənişli yolda hərəkətdə olan zaman idarəetmədən çıxaraq yolun kənarına aşıb.

 

Hadisə zamanı avtomobildə olan altı nəfər Bakı şəhər sakinləri - Aygün Qurbanova, Aydan Qurbanlı, Aylin Qurbanlı, Aytac Əlixanova, Ayan Əlixanlı və Namiq Əlixanlı müxtəlif dərəcəli bədən xəsarəti alıblar.

 

Yaralılar təcili tibbi yardım briqadaları ilə xəstəxanaya çatdırılıblar.

 

Faktla bağlı araşdırma aparılır./Report

Tarix: 18 İyun 2024, 18:44   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin