BURADA REKLAMINIZ OLA
BİLƏR

“Kurtlar vadisi”nin Elifi bu filmdə çəkiləcək

9 il sonra sənətə qayıdan “Kurtlar vadisi”nin cazibədar aktrisası Özgü Namal bu dəfə filmdə rol alacaq.

 

Aktrisanın yeni layihəsi “Sarı Zarflar” adlanır.

 

Kulislərdə yayılan məlumatlara görə, Özgü ekran işində teatr aktrisası Deryanı canlandıracaq. Filmdə Namalın tərəf müqabili həmkarı Tansu Biçer olacaq.

 

Filmin çəkilişləri iyulda yekunlaşacaq. Xatırldaq ki, Özgü Namal karyerasına 9 il ara vermişdi.

 

O 9 ildən sonra ilk dəfə qalmaqallı “Kızıl qoncalar” serialına çəkildi. Burada aktrisanın tərəf müqabilin müğənni-aktyor Özcan Denizdir.

 

Hazırda ekran işi mövsüm finalına çıxıb./Baku.ws

Tarix: 19 İyun 2024, 08:05   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin