BURADA REKLAMINIZ OLA
BİLƏR

Şəkidə ayı küçəyə çıxdı – Vətəndaşlara xəbərdarlıq edildi: Ehtiyatlı olun

Bu gecə saat 4 radələrində Şəki şəhərinin mərkəzində qonur ayının hərəkət etdiyi müşahidə olunub.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib.

 

Məlumata görə, Şəki Regional Ekologiya İdarəsinin əməkdaşları polislə birgə ayının insanlar üçün təhlükə yaratmaması üçün tədbirlər görür, onun vəhşi təbiətə qaytarılması üsulları nəzərdən keçirilir.

 

Vətəndaşlardan xahiş edilir ki, ehtiyatlı olsunlar, ayının müvəqqəti təcrid edildiyi Axundzadə prospektinin 20 Yanvar küçəsi ilə kəsişdiyi əraziyə yaxınlaşmasınlar.

Tarix: 31 May 2020, 09:09   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin