BURADA REKLAMINIZ OLA
BİLƏR

Mərdəkanda gənc qətlə yetirildi

Qəsdən adam öldürmə faktına görə cinayət işi başlanıb.

 

Xəzər rayon prokurorluğundan verilən məlumata görə, iyunun 19-da saat 3 radələrində paytaxtın Xəzər rayonu ərazisində 1997-ci il təvəllüdlü Adil Talıbovun almış olduğu xəsarətlərdən müalicə aldığı xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

Araşdırma zamanı 1999-cu il təvəllüdlü Mətləb Süleymanlının rayonun Şüvəlan qəsəbəsində yerləşən çimərlik ərazisində aralarında yaranmış mübahisə zamanı kəsici-deşici alətlə Adil Talıbova xəsarətlər yetirməsinə və sonuncunun almış olduğu xəsarətlərdən xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Faktla bağlı Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır. Mətləb Süleymanlı iş üzrə şübhəli şəxs qismində tutulub.

Tarix: 19 İyun 2024, 14:48   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin