BURADA REKLAMINIZ OLA
BİLƏR

Hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq edildi

İyunun 19-u axşamdan başlayaraq 20 və 21-də bəzi rayonlarda küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq edilib.

 

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

 

Sinoptiklərin məlumatına görə, Qobustan, Siyəzən, Altıağac, Xızı, Şabran, Xaçmaz, Salyan, Ordubad, Culfa, Beyləqan, Yevlax, Bərdə, Tərtər, Ağdam, Ağdərə, Ağcabədi, Şəki, Balakən, Qax, Oğuz, Zaqatala, Tovuz, Samux, Göyçay, Ağstafa, Gədəbəy, Daşkəsən, Ağdaş rayonlarında sarı xəbərdarlığa uyğun olaraq qısa müddətə küləyin sürəti 13.9-20.7 m/s olacaq.

 

Goranboy, Naftalan, Gəncə, Göygöl, Mingəçevir, Şəmkir, Neftçala rayonlarında isə narıncı xəbərdarlığa uyğun olaraq küləyin sürəti 20.8-28.4 m/s təşkil edəcək.

Tarix: 19 İyun 2024, 16:48   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin