BURADA REKLAMINIZ OLA
BİLƏR

Ata Abdullayevin döyüldüyü restoran Cavid Qurbanovundur? - FOTOLAR



Xəbər verdiyimiz kimi, ötən gecə bloger Ata Abdullayev Pirşağı qəsəbəsində yerləşən “Həyat” İstirahət Mərkəzində döyülüb.

O, mərkəzdə feysbuk üzərindən canlı yayım açıb və gecə yarısı olmasına baxmayaraq, bəlli olub ki, obyektdə karantin qaydaları ciddi şəkildə pozulub. Videodan görünür ki, karantin qaydalarını pozanlar gənc oğlan və qızlar olub. Detallara varmadan bildirək ki, bu hal qanunvericiliyin ciddi şəkildə pozulmasıdır və məsuliyyət yaradır.

Bəs “Həyat” İstirahət Mərkəzinin sahibi kimdir? Mərkəzlə bağlı zaman-zaman mediada neqativ informasiyalar tirajlanıb. İstirahət mərkəzi “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanova məxsus olan onlarla biznes layihələrdən biridir.

3 il əvvəl bu istirahət mərkəzində dəhşətli qətl hadisəsi baş vermişdi və o zaman da C. Qurbanov gündəmə gəlmişdi.YeniSabah

Fotoları təqdim edirik
Tarix: 31 May 2020, 11:59   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin