BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda tanışına qarşı dələduzluq edən şəxs hökmdən narazıdır

Bakıda vətəndaşı işə düzəltmək adı ilə dələduzluq etməkdə təqsirləndirilən Samir İsmayılovun barəsindəki hökmdən apellyasiya şikayəti verilib.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək ilkin hazırlıq iclası iyunun 20-nə təyin edilib.

 

Şikayət hakim Murad Məmmədovun sədrliyi ilə araşdırılacaq.

 

Xatırlatma: Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.İsmayılov 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd: Təqsirləndirilən şəxs S.İsmayılov tanışı olan Elxan Əliyevin etibarından sui-istifadə edərək ona qarşı külli miqdarda dələduzluq edib. Belə ki, o, zərərçəkmiş şəxsi işə düzəltmək və biznesə şərik etmək adı ilə aldadaraq 57 min 800 manat maddi ziyan vurub. 

 

S.İsmayılova qarşı Cinayət Məcəlləsinin 178.3.2-cü (dələduzluq, külli miqdarda ziyan vurmaqla) maddəsində ittiham irəli sürülüb.

 

Kamal Məmmədov

 

Tarix: 20 İyun 2024, 08:54   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin