BURADA REKLAMINIZ OLA
BİLƏR

Nazirlik: 2000-ci il təvəllüdlü ana üçüncü hamiləliyində doğuş zamanı ölürsə, deməli, onun ailə quranda 16-17 yaşı olub

Son 10 ildə Azərbaycanda sağlamlıq imkanları məhdud uşaqların sayı artıb.

 

Bunu Səhiyyə Nazirliyi Səhiyyə siyasəti şöbəsinin Ana və uşaqların sağlamlığının qorunması sektorunun müdiri Aynurə Zeynalova parlamentdə “Sağlam ailə modeli və nikah hüququ” mövzusunda keçirilən ictimai dinləmədə çıxışı zamanı deyib.

 

Onun sözlərinə görə, ana ölümlərinin statistikasını təhlil edərkən müəyyən olunur ki, qadınlar daha çox ikinci və üçüncü hamiləlik nəticəsində doğuş zamanı dünyasını dəyişir:

 

“Məsələn, 2000-ci il təvəllüdlü ana üçüncü hamiləliyində doğuş zamanı ölürsə, deməli, onun ailə quranda 16-17 yaşı olub”.

 

APA

Tarix: 20 İyun 2024, 16:05   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin