BURADA REKLAMINIZ OLA
BİLƏR

Kişi ondan icazəsiz rayona gedən arvadını döydü – MƏHKƏMƏ

Abşeron Rayon Məhkəməsində qəsdən sağlamlığa az ağır zərər vurmada təqsirləndirilən Cəmil Babayevin (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Abusət Qasımovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə icraata xitam verilib. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməməsi nəzərə alınıb.

 

İttihama görə, hadisə 08 may 2024-cü il tarixdə, gecə saat 02 radələrində Abşeron rayonu, Xırdalan şəhərində yerləşən evlərin birində qeydə alınıb.

 

Belə ki, Cəmil Babayev onunla qeyri rəsmi ər-arvad münasibətində olan tanışı, zərərçəkmiş Jalə Məlikova (şərti) ilə mübahisə edib. Mübahisəyə səbəb isə qadının ondan icazəsiz rayona getməsi olub. Təqsirləndirilən şəxs də buna görə əsəbiləşib və zərərçəkmiş şəxsin üzərinə hücum edib. Sonra o, qəsdən Jalənin boğazından əli ilə tutub sıxaraq yumruq və təpiklə onun əl, qol, sifət, baş, ayaq və bədəninin müxtəlif nahiyələrinə ardıcıl zərbələr vurub.

 

Hadisədən sonra qadın DİN-in “102” xidmətinə məlumat verib və Cəmil Babayev saxlanılaraq cinayət məsuliyyətinə cəlb olunub.

 

Kamal Məmmədov

 

Tarix: 21 İyun 2024, 09:56   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin