BURADA REKLAMINIZ OLA
BİLƏR

Ailə başçısını itirməyə görə ödənilən pensiya və müavinətlə bağlı açıqlama

2024-cü ilin may ayında ailə başçısını itirməyə görə 193 min nəfərdən çox şəxsə pensiya və müavinət ödənilib.

 

Dövlət Sosial Müdafiə Fondundan verilən məlumata görə, onlardan 134 min nəfərdən çox şəxs pensiya, 58 min nəfərdən çox şəxs isə müavinət alıb.

 

Qeyd edək ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ilkin məlumatlarına əsasən, cari ilin yanvar-mart aylarında pensiya və müavinətlərin maliyyələşdirilməsinə yönəldilmiş vəsaitin məbləği ötən ilin müvafiq dövrünə nisbətən 13,8 faiz artırılaraq 1652,1 milyon manata çatdırılıb.

Tarix: 21 İyun 2024, 11:01   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin