BURADA REKLAMINIZ OLA
BİLƏR

Pensiya, müavinət və təqaüdlərlə bağlı yeni xəbər

Bu ilin 5 ayında 80,4 min pensiya, müavinət və təqaüd təyinatı elektron sistemlər üzərindən proaktiv qaydada həyata keçirilib.

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Pravda.az-a bildirilib ki, onlardan 18,4 mini pensiya, 62 mini müavinət və təqaüd təyinatları olub.

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2019-cu ilin əvvəlindən başlayaraq sosial təminat növləri üzrə ödənişlərin təyinatı elektronlaşdırılıb.

 

Proaktiv təyinat mexanizmi vətəndaşların sosial təminat növlərinə hüquqları yarandığı halda müraciət olunmadan və sənəd təqdim edilmədən müvafiq sosial ödənişlərin təyinatının e-sistem üzərindən avtomatik şəkildə həyata keçirilməsinə imkan verir.

Tarix: 21 İyun 2024, 13:11   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin